Sabiq nazirə orden verilib - Fotolar
Tarix: 17-01-2018 20:33 | Bölmə: Xəbərlər
Sabiq nazirə orden verilib

Azərbaycanın Macarıstandakı səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyevin Macarıstan prezidentinin fərmanı ilə təltif edildiyi "Xidmətlərinə görə” ordeninin bu ölkənin Xarici İşlər və Ticarət nazirliyində təqdimolunma mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazirliyin Dövlət katibinin müavini Jolt Çutora səfirin məhz Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə təltif olunduğunu bildirib.

J.Çutora V.Quliyevlə tanışlığının 20 ilə yaxın tarixindən danışaraq xatirələrini bölüşüb, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olmuş, elm və ədəbiyyat sahəsində öz sözünü demiş və yüksək insani keyfiyyətlərə malik belə bir diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Sonra nazirliyin Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxış edərək, V.Quliyevin Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafındakı rolundan geniş bəhs edib və səfirin Macarıstan prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Departament direktorunun çıxışının ardınca Macarıstanın "Xidmətlərinə görə” ordeni səfirə təqdim olunub.

Daha sonra V.Quliyev çıxış edərək, ona göstərilən yüksək etimada görə Macarıstan prezidentinə, hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə öz minnətdarlığını bildirib.

İki ölkə arasında əlaqələrin mövcud durumu ilə bağlı fikirlərini bölüşən səfir son dövrlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Macarıstana və Macarıstanın Baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Sabiq nazirə orden verilib
Sabiq nazirə orden verilib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}