ALDP imza toplamağa başlayır - 100 nəfər səfərbər olunub
Tarix: 15-02-2018 15:32 | Bölmə: Xəbərlər
ALDP imza toplamağa başlayır

Bu gün Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) MSK-dan imza vərəqlərini götürüb.

Bu baradə Reyting.az-a ALDP-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Prezidentliyə namizədliyi irəli sürülmüş ALDP sədri Fuad Əliyevin səlahiyyətli nümayəndəsi Füzuli Kərimov imza vərəqələrini MSK-dan qəbul edib və sabahdan vərəqlər partiyanın Regional Seçki Qərargahlarına göndəriləcək.

İmzatoplama kampaniyasına 100-ə yaxın partiya üzvünün cəlb olunduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}