Prokurorluğun müstəntiqi faciəli şəkildə həlak olub
Tarix: 19-02-2018 11:03 | Bölmə: Xəbərlər
Prokurorluğun müstəntiqi faciəli şəkildə həlak olub

Ağdaş rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxsin prokurorluq əməkdaşı olduğu məlum olub.

Reyting.az
saytı Lent.az-a istinadla xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində su kanalına aşan "Mercedes”də vəfat edən sürücü, Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlu prokurorluq əməkdaşıdır. O, Tovuz Payon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışırmış.

Qeyd edək ki, qəza nəticəsində sürücünün həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, qəzaya yağışlı havada yolun sürüşkən olması səbəb olub. Sürücü təhlükəsizlik kəməri taxdığı üçün su kanalına düşən maşından çıxa bilməyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi araşdırma aparır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}