AzTV sədri Arif Alışanov məhkəməyə çağrılıb - Şok iddialar
Tarix: 07-03-2018 11:40 | Bölmə: Xəbərlər
AzTV sədri Arif Alışanov məhkəməyə çağrılıb

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərov vəsatətlə çıxış edib.

O, məhkəmənin təxirə salınmasını istəyib. Əkbərov bildirib ki, Arif Alışanovun da məhkəmədə iştirakı təmin edilməlidir. O, həmçinin Arif Alışanovun qızı Nigar Alışanovanın və sürücüsü Hacı Babayevin və bacısı oğlu Dəyanət Cəfərovun məhkəmədə dindirilməsini istəyib.

Hazırda proses davam edir.

"Report"un xəbərinə görə, prosesdə təqsirləndirilən S.Əkbərovun vəkili vəsatət qaldırıb. O qeyd edib ki, müvəkkilinin səhhətində problem var və buna görə də onun barəsində tibbi ekspertiza keçirilməlidir.

Təqsirləndirilən S.Əkbərov da səhhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib: "Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır".

Məhkəmə müşavirə otağına yollanıb.

Vəsatət təmin edilməyib.

Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub.

O, təqsirləndirilən Sücayət Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə həbs qoyulub özünə yönləndirilməsini istəyib.

Mülki iddia məhkəmə icraatına qəbul edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}