23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Şöbə müdirinin oğlu polis yoldaşını bıçqlayıb? - Yenilənib
Tarix: 11-03-2018 13:12 | Bölmə: Xəbərlər
Şöbə müdirinin oğlu polis yoldaşını bıçqlayıb?

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Əli Məmmədov Criminal.az-a bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib, vəziyyəti normaldı.

Beyləqan Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirib ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı xəsarət hər hansı cinayət zamanı deyil, idmanda təsadüfən baş verib.

Beyləqan yol polisi bölməsinin rəisi Azad Məmmədov isə bu hadisədən məlumatsız olduğunu bildirib. O, hadisədən məlumatsızlığını məzuniyyətdə olması ilə əlaqələndirib.

Qeyd olunur ki, iş yoldaşını bıçaqlamaqda təqsirli bilinən Tural Əliyev Beyləqan Rayol Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur. T. Əliyevin qardaşı Yasin Əliyev isə Beyləqan Rayon Məhkəməsində hakimin köməkçisidir.

Onu da qeyd edək ki, X.Rüstəmova məsələyə münasibət bildirib. O, oğlu haqda yalnış məlumat yayıldığını qeyd edib:

''Belə bir məlumatı yazmamışdan qabaq adamdan soruşarlar... Hadisə polislərin idman saatında, məşq edən zaman, güləşərkən olub və yüngül zədə alıb. Hazırda həmin polis də işindədir. Bu adam necə bıçaqlanıb ki, işdədir. Bu adamlar niyə yalan məlumat deyir? Adam kişi olar, kişi kimi məlumat verər.

Oğlum polisə yeni düzəlib. O necə cinayət elədi ki, heç kimin xəbəri olmadı? Təkrar edirəm, Xuraman Rüstəmovanın oğlunun belə bir cinayətlə əlaqəsi yoxdur. Uşaqlarım hamı ilə ''qurban olum, başına dönüm''lə danışır. Onların hər biri ciddi nəzarət olunan qurumların işçiləridir''.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}