Kütləvi davada beş bıçaq zərbəsi vurulub
Tarix: 12-04-2018 08:53 | Bölmə: Xəbərlər
Kütləvi davada beş bıçaq zərbəsi vurulub

Abşeron rayonunda 7 nəfər arasında dava olub.

Hadisə Qobu qəsəbəsində baş verib.

Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}