Jurnalisti döyənlər arasında bank müdiri də var - Foto
Tarix: 18-04-2018 12:37 | Bölmə: Xəbərlər
Jurnalisti döyənlər arasında bank müdiri də var

Aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci Polis Bölməsindən alınaraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.

Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin kimliyi də müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.

Reyting.az saytı unikal.org-a istinadla xəbər verir ki, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən Riad Ceyhun oğlu Paşayev "Azərtürkbank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşən filialın müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, Riad Paşayevin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlunun və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxsin jurnalisti döymələrini təsdiq etmişdi. Bir daha xatırladaq ki, V.Paşayeva da Səhiyyə Nazirliyinin əməkdaşıdır.

Unikal.org-a daxil olan digər məlumata görə, jurnalist Famil Fərhadoğluna hücum edib telefonunu əlindən alan Namiq Əliyev səhiyyə naziri Oqtay Şirəliyevin yaxın adamlarından biri hesab olunur. Qısa müddətdə Namiq Əliyevin vəzifəsi və onun haqqında digər məlumatları oxucuların diqqətinə çatdırlacaq.

Jurnalisti döyənlər arasında bank müdiri də var




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}