Ramiz Mehdiyev yeni sədri kollektivə təqdim edib
Tarix: 24-04-2018 10:27 | Bölmə: Xəbərlər
Ramiz Mehdiyev yeni sədri kollektivə təqdim edib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunmuş Samir Nuriyevi kollektivə təqdim edib.

Təqdimat mərasimində çıxış edən S. Nuriyev işçilərə bundan sonra daha yaxşı işləməyi, peşəkar şəkildə fəaliyyət göstərməyi tövsiyyə edib.

Qeyd edək ki, S. Nuriyev bu vəzifəyə ölkə prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə təyin edilib. O, bu təyinata qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu il fevralın 18-də vəfat edib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}