Allahşükür Paşazadə ABŞ-ın qərarını pisləyib
Tarix: 15-05-2018 11:56 | Bölmə: Xəbərlər
Allahşükür Paşazadə ABŞ-ın qərarını pisləyib

"Qüds Fələstinin paytaxtıdır və ora hər hansı dövlətin müdaxiləsi böyük qarşıdurma yarada bilər".

Reyting.az
-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

QMİ sədri beynəlxalq ictimaiyyətin bu məsələyə kifayət qədər diqqət ayırmadığından gileylənib.

Ötən gün Birləşmiş Ştatların Qüdsdə öz səfirliyini açması Fələstin muxtariyyətində etiraza səbəb olub. İsrail hərbçiləri ölkə ərazisinə daxil olmaq istəyən silahsız fələstinlilərə atəş açıblar. Nəticədə 59 fələstinli həlak olub, 2700 fələstinli yaralanıb.

Türkiyə, İran və bir sıra ərəb dövlətləri İsrailin hərəkətini pisləyib. Rəsmi Bakı Yaxın Şərqdə baş verən son hadisələri şərh etməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}