Ramil Usubov 23 vətəndaşın şikayətini araşdırıb
Tarix: 07-07-2018 14:16 | Bölmə: Xəbərlər
Ramil Usubov 23 vətəndaşın şikayətini araşdırıb

Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Quba rayonunda vətəndaşları qəbul edib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 23 vətəndaşla görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti yerində həllini tapıb.

Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq, keçirilən belə görüşlərin təşkilinə, dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycan Respublikasının tərəqqisinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}