Milli Məclis üzvüləri Bişkekə gedir - Səbəb
Tarix: 12-09-2018 10:26 | Bölmə: Xəbərlər
Milli Məclis üzvüləri Bişkekə gedir

Milli Məclisin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov, həmçinin Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova qurumun tədbirlərində iştirak etmək üçün sentyabrın 12-dən 15-dək Qırğız Respublikasının paytaxtı Bişkekdə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, Ə. Əmiraslanovun sədrliyi ilə “Genetik modifikasiya olunmuş orqanizmlər və onların yayılmasının təsiri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.

Qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasında isə “Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin hissələri kimi” mövzusunda hesabat və tövsiyələr gündəmdə olacaq.

Milli Məclisin deputatları iclaslarda gedən müzakirələrdə yaxından iştirak edəcəklər.

Sonra “TÜRKPA-ya üzv dövlətlərdə kinoteatr və animasiya” adlı seminar keçiriləcək. Səfər çərçivəsində tədbir iştirakçılarının Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Jumabekovla görüşü və “Türk kinosu günləri”nin açılışında iştirakı da nəzərdə tutulub.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}