21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
20:58 / 26-04-2024
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi
Tarix: 13-04-2019 00:19 | Bölmə: Mədəniyyət
Elnur Zeynalov: “Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun viran qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir”
Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində Məcnun, Qərib, Kərəm obrazlarını istedadla yaradan Elnur Zeynalov daim axtarışdadır. Qalmaqallardan, sənətdəki çəkişmələrdən həmişə uzaq olan xanəndə muğamlar, xalq və bəstəkar mahnıları üzərində çalışır, konsertlər verir, dövlət tədbirlərində çıxış edir, ustadlarından mənimsədiklərini gənc pedaqoq kimi Bakı Musiqi Kollecindəki tələbələrinə öyrədir.
Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb, “Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Müsahibimin fikrincə, hər bir sənət adamının həm də vətəndaş mövqeyi olmalıdır. Mətndəki yeni redaktə doğma yurdu Qarabağın erməni işğalına biganəlik göstərən dünya ictimaiyyətinə onun bir etirazıdır.
– İstərdim söhbətə “Qarabağ şikəstəsi”nə etdiyiniz düzəlişdən başlayaq…
– Qarabağ hər birimizin yaralı yeridir. Dədə-baba torpağımın, doğulduğum Ağdamın erməni işğalçılarının tapdağı altında qalması ürəyimi göynədir. Səhnədə, telekanallarda, radio efirlərində çıxışlar zamanı qəlbimin ağrılarını tamaşaçılara, dinləyicilərə çatdırmağa çalışıram. Amma hər dəfə hiss edirdim ki, nəsə çatmır, daha nələrsə etmək lazımdır. Yaxın bir dostumla bu barədə çoxdan idi düşünürdük, nəhayət qərara gəldik və “Qarabağ şikəstəsi”nin mətninə düzəliş elədik.
Sənət bilicilərinə məlumdur ki, “Qarabağ şikəstəsi” xanəndəlik sənətimizdə şikəstənin iki növündən biridir və XIX əsrdən başlayaraq zərb muğam kimi ifa edilir. Xalq bayatılarından alınan sözlərində sevgi ilə yanaşı iztirab, ağrı-acılar əks olunub.
Məhz buna görə də “Qarabağ şikəstəsi”nin üzərində dayandıq. Tamaşaçı və dinləyicilər klassik sənətkarlarımızın, müasir xanəndələrimizin ifasında həmişə aşağıdakı variantı eşidiblər:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Mənim yeni ifamda isə mətn belədir:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə döndü,
Viran qaldı Qarabağ.
Bu, dövlətimizin, xalqımızın sənətlə məşğul olan bir vətəndaşı, Qarabağlı övladı kimi ürəyimdən keçənlərdir. Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir.
Sonrakı iki kupletin sözlərini isə şair dostum Sayman Aruz qələmə aldı:
Əzizinəm Qarabağ,
Qara torpaq, qara bağ.
Bülbüllər köçən gündən,
Viran qaldı Qarabağ.
Əzizinəm ağrı var,
Sinəmizdə ağrı var.
Sağ tərəfdə Savalan,
Sol tərəfdə Ağrı var.
Haray, haray, Göyçə göllü
Göz yaşım haray…
– Klassik sənətdə, muğamda hər hansı bir yenilik birmənalı qarşılanmır. Sizin etdiyiniz dəyişiklik də yəqin ki, qınağa tuş gələcək, tənqid olunacaq. Bu cür reaksiyalara hazırmısınız?
– Tənqid deyəndə ki, kim nə istəyir deyə bilər, indi bunun üçün hər cür şərait də var. Lakin bir məsələni qeyd edim ki, mən “Qarabağ şikəstəsi”nin musiqisinə hansısa dəyişiklik etməmişəm, mətninə əl gəzdirmişəm. Söhbətimizin əvvəlində dediyim kimi, bunu da əsaslandırıram və hesab edirəm ki, arqumentim əsaslıdır. Bu gün bəzi telekanallarda, radiolarda bayağılıq baş alıb gedir, bilmirsən oxuduqları meyxanadır, ya da mahnıdır? Hər gün insanların zövqünü korlayır, mənəviyyatına zərbə vurmağa çalışırlar. Mənə etiraz etmək istəyənlər bu barədə düşünsələr daha doğru olar.
Ermənistan bəzi dövlətlərə, beynəlxalq təşkilatlara arxayın olub doğma vətənim Qarabağı viran qoyur, buna etiraz etməməliyəm? Mən xanəndəyəm, siyasətçi deyiləm, amma sənətimin verdiyi imkanlardan istifadə edib etirazımı çatdırmaq istəyirəm.
– Qarabağın azad olunacağına inanırsınızmı?
– Əlbəttə! İnanmasam bir gün də oxuya bilmərəm. Azərbaycanın necə bir qüvvətli dövlətə çevrildiyi göz qabağındadır. Sabitlik, inkişaf hər kəsdə sabaha inam oyadır. Bu günlərdə “Aprel zəfəri”nin ildönümünü qeyd elədik, həmin hadisələrdə ordumuz öz gücünü, qətiyyətini düşmənə, onun havadarlarına da necə lazımdırsa elə də göstərdi. Dövlətimin gücünə və Ali Baş komandanıma inanıram. Əminəm ki, bizim belə qələbələrimiz hələ çox olacaq.
– “Qarabağ şikəstəsi”nin yeni variantda klipi olacaqmı?
– Vallah, dəqiq hələ heç nə deyə bilmirəm. Nəsə yeni bir şey oxuyanda heç zaman əvvəldən düşünmürəm ki, klip olsun, konsert edim, nə bilim, sonra nələr edim… Bütün bunları zamanın ixtiyarına buraxıram.
– Akademik Opera və Balet Teatrının solistisiniz, şərəfli tarixi olan bu kollektivdə çalışan hər bir gənc xanəndənin ən böyük arzusu “Leyli və Məcnun”da Məcnunu oynamaqdır. Sizə Məcnunu, “Aşıq Qərib”də Qəribi, “Əsli və Kərəm”də Kərəmi yaratmaq nəsib olub. Teatrda həyata keçməyən hansısa bir arzunuz varmı?
– Bu böyük sənət ocağına işə qəbul olunduğum gündən 10 il keçir. İlk rolum Məcnunun atası olub. Teatrın direktoru Akif Məlikova, baş rejissorumuz Hafiz Quliyevə çox minnətdaram ki, mənə inandılar. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası yeni quruluşda hazırlananda mənə Qərib rolunu verdilər. Sonra isə mənə daha bir məsuliyyətli obraz həvalə edildi- Kərəmi oynadım. Məlum olduğu kimi, Üzeyir bəyin “Əsli və Kərəm” operası sonuncu dəfə 1988-ci ildə teatrın səhnəsində tamaşaya qoyulmuşdu. 23 illik fasilədən sonra teatrın rəhbərliyi yenidən bu əsərə müraciət etdi və Kərəmi oynamaq mənə qismət oldu. Kərəm rolundan sonra görünür mənə olan inam daha da artdı və “Leyli və Məcnun”da Məcnun obrazı etibar edildi. 6 ay çəkən gərgin məşqlərdən sonra Məcnun kimi səhnəyə çıxdım. Bu uğurda mənə dəstək olan teatrımızın rəhbərliyinə, kollektivin hər bir üzvünə, tərəf müqabilim, Əməkdar artist Arzu Əliyevaya, məsləhətlərini əsirgəməyən ustadlarıma bir daha minnətdarlığımı bildirirəm.
Sualınızın cavabına gəlincə, baş rolları oynamaq hələ sənətin zirvəsini fəth etmək anlamına gəlmir. Hələ üzərimdə çox çalışmalıyam, öyrənməliyəm.
– VII Muğam Televiziya Müsabiqəsi keçirilir və həmişəki kimi böyük maraqla izlənilir? Favoritiniz varmı?
– Muğam Televiziya Müsabiqəsi yarandığı gündən həqiqətən də ciddi bir sənət yarışmasına, əsl mədəniyyət hadisəsinə çevrilib. Belə bir müsabiqə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama, musiqimizə necə böyük diqqət və qayğı ilə yanaşdığının göstəricisidir. Budəfəki yarışmanı da izləyirəm, diqqətimi çəkən gənc ifaçılar var. Amma favorit kimi kimlərisə ayırmaq hələ tezdir məncə, çünki müsabiqə yeni başlayıb, ola bilsin gənc ifaçılardan bəziləri hələ öz potensiallarını tam göstərməyə imkan tapmayıblar. İnanıram ki, sonda ən istedadlıları qalib gələcək.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

25-04-2024, 14:35
Rasim Balayev: "Onlara baş qoşası deyiləm"
24-04-2024, 09:21
Bakıda Qırğız Kino Günləri başlayıb - Fotolar
22-04-2024, 19:15
Komitə sədri baş redaktoru təbrik edib
22-04-2024, 16:49
Əməkdar artist reanimasiyaya yerləşdirilib
22-04-2024, 12:40
Cavanşir Məmmədovun nəvəsi: "Babamın ürəyi haqsızlığa dözmədi"
20-04-2024, 13:13
Müğənni Cavanşir Məmmədov vəfat edib
19-04-2024, 20:45
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
18-04-2024, 21:24
Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub
15-04-2024, 18:51
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
15-04-2024, 13:03
Məşhur aktyor kinodan qovulub
15-04-2024, 10:00
Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq
12-04-2024, 22:19
60 yaşı olan dünya şöhrətli aktyor evlənir - Fotolar
9-04-2024, 00:31
Dünya şöhrətli filmin daha müasir versiyası çəkiləcək
8-04-2024, 14:15
Yazın ilk “Ulduz”u işıq üzü görüb - Foto
6-04-2024, 21:18
Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub
5-04-2024, 18:00
Heydər Əliyev Sarayına direktor müavini təyin olunub
5-04-2024, 11:29
Xalq artisti xəstəxanaya yerləşdirilib
4-04-2024, 16:30
Alternativ Kino Akademiyası təsis olunub
4-04-2024, 13:46
“Bu adam məni şikəst edib” - Flora Kərimova cərrahdan şikayətçidir
3-04-2024, 17:55
Milli Konservatoriyanın Nizamnaməsi təsdiqlənib
2-04-2024, 19:08
Mərkəzi Elmi Kitabxanaya direktor təyin olunub
29-03-2024, 19:36
Lütfəli Abdullayevin xatirəsi yad olunub - Fotolar
28-03-2024, 17:32
ARKA-da işçi qrupu yaradılır, yeni film çəkilir
27-03-2024, 21:08
Qulu Ağsəsin "Görsən üşüyürsən..." adlı şeirlər kitabı çap olunub - Foto
27-03-2024, 13:27
Məşhur müğənni az tanınan sənətçi ilə duet oxuyacaq
19-03-2024, 13:08
“Ulduz”un yanvar sayı çap olunub - Foto
18-03-2024, 16:47
Məşhur aktyor pərəstişkarlarını məyus edib - Fotolar
15-03-2024, 10:20
Nurəddin Mehdixanlı: "Telekanallar Azərbaycan kişisini axmaq, qadınını isə həyasız kimi təqdim edir"
13-03-2024, 18:00
“Məişət zorakılığına yox deyək!” hekayə müsabiqəsinin qalibləri elan olunub - Fotolar
12-03-2024, 13:43
Şanlı Qələbəyə həsr edilən kitab çin dilində nəşr edilib - Fotolar
11-03-2024, 23:11
“Adamı qaçdığı yerdə yaxalayan şeirlər...” - Şəfa Vəli yazır
11-03-2024, 18:52
Hekayə müsabiqəsinin finalçıları müəyyən olunub - Siyahı
11-03-2024, 15:39
Telekanal rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar
11-03-2024, 09:36
“Oppengeymer” ən yaxşı film seçilib
10-03-2024, 22:48
“Atalar və oğullar” problemi ilə bağlı monoqrafiya nəşr olunub - Foto
8-03-2024, 12:15
Bakıda islamofobiya ilə bağlı qısa film nümayiş olunub
7-03-2024, 17:55
Mahnı Teatrında “Qızıl Toxum” tamaşası nümayiş etdirilib
6-03-2024, 16:10
Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb
5-03-2024, 16:37
"İki küpəgirən qarı"nın premyerası olacaq - Video
5-03-2024, 14:11
Rasim Balayev: "Azərbaycan kinosu reanimasiyadadır"
5-03-2024, 13:52
Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri seçilib, İdarə Heyəti təsdiqlənib - Yenilənib
4-03-2024, 17:44
Kinematoqrafçılar İttifaqı qurultaya hazırlaşır - Sədr kim olacaq?
4-03-2024, 10:26
Sənubər İsgəndərli: “Təhminə” filminə çəkildiyimə görə peşmanam”
4-03-2024, 08:20
Markesin yeni romanı dərc olunur
1-03-2024, 20:54
“Mən dəyərəm min cavana” yenidən nümayiş olunacaq - Fotolar
1-03-2024, 18:11
Naxçıvanda daha bir şöbə müdiri vəzifədən azad olunub
1-03-2024, 17:06
Vaqif Səmədoğluya həsr edilmiş poeziya müsabiqəsi başlayır