Nurəddin Mehdixanlı: "Telekanallar Azərbaycan kişisini axmaq, qadınını isə həyasız kimi təqdim edir"
Tarix: 15-03-2024 10:20 | Bölmə: Mədəniyyət
Nurəddin Mehdixanlı: "Telekanallar Azərbaycan kişisini axmaq, qadınını isə həyasız kimi təqdim edir"

“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institutunun dağılması yolunda bir yarış gedir”.

Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı “YouTube”da yayımlanan verilişlərin birinə müsahibəsində deyib.

Sənətçi ailələrin dağılmasına görə televiziya kanallarını da tənqid edib:

“Telekanallarımızın əksəriyyətində verilişlər var, orada Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saçyolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm, ağsaqqalım və ağbirçəyim budursa... Yox, bunlardan uzaq...”(Bizim.Media)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər