Bakı İstintaq Təcridxanasına qoşun yeridilib - Yenilənib
Tarix: 21-10-2016 11:16 | Bölmə: Xəbərlər

Dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyama cəhd edib.

Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.

Reyting.az saytı virtualaz.org-a istinadla bildirir ki, qiyama səbəb dustaqlara verilən "payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Sayt etibarlı mənbəyə əsaslanıb bildirir ki, qiyam cəhdinə digər səbəb dustaqlara yaxınlarının gətirdikləri "peredaça”ya görə 100 manat rüşvət tələb olunmasıdır.

"Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə "söyüş” qoyduqlarını bildiriblər”,- mənbə deyib.

Məlumata görə, qiyamı cəhdinin qarşısını almaq üçün təcridxanaya qoşun yeridilib.

*** 

Penitensiar Xidmətin İctimaiyətlə əlaqələr şöbəsindən yayılan məlumata münasibət bildiriblər. Modern.az-ın sorğusuna cavab olaraq qeyd ediblər ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatlıq yaratmaq məqsədi daşıyır.

"Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün haqqın.az və virtualaz.org saytlarında "Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi” başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabelikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur”,-deyə açıqlamada vurğulanıb.

 


 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}