Nazirlər Kabineti məcburi köçkünlərlə bağlı yeni qaydaları təsdiqləyib
Tarix: 27-02-2017 12:01 | Bölmə: Xəbərlər


Nazirlər Kabinetinin qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilib.

Reyting.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyətlərinə bu qərarla təsdiq edilmiş Qaydanın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

Siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinət və kommunal xidmət təşkilatlarına ödənişlər mart ayında iki aylıq veriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinidən bildirilib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli fərmanında yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatlarına göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını hazırlayaraq Dövlət Komitəsinə təqdim etmələri tapşırılıb.

Lakin həmin siyahıların hazırlanması və dəqiqləşdirilməsi çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}