18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - Foto (Yenilənib)
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
17:41 / 26-01-2026
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Ali məktəblərin mərkəzdən köçürülməsi müzakirə olunur - Tanınmış memar
Tarix: 08-10-2018 08:50 | Bölmə: Cəmiyyət

Məlum olduğu kimi, Bakı şəhərinin yeni Baş Planı hazırlanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi üzərində işi reallaşdırmaq üçün əcnəbi mütəxəssisləri də dəvət edib.
Yerli memarlar, tikinti və şəhərsalma üzrə təcrübəli ekspertlər paytaxtın Baş Planı barədə təkliflərini səsləndirir, ictimai müzakirələrdə fəallıq göstərirlər.

Tanınmış memar, mənzil-qərargahı Nyu-Yorkda yerləşən Dünya Reklamçılar Assosiasiyasının üzvü, Hannover (Almaniya) Beynəlxalq Sosial Elmlər Akademiyasının fəxri doktoru, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunan Cahid Həsənov Bakının Baş Planının hazırlanmasını mühüm hadisə sayır və xarici mütəxəssislərin bu layihəyə cəlb olunmasını doğru hesab edir:
- Paytaxtın yeni hazırlanan Baş Planı ətrafında ictimai müzakirələr davam edir. Memarların, mütəxəssislərin bu məsələdə fəallıq göstərməsi müsbət məqamdır. Memar kimi sizin də fikirləri bilmək maraqlı olardı...
- Yeni Baş Planın hazırlanması Bakının bu günü və gələcəyi üçün mühüm hadisədir və bu layihə həyati vacib bir sənəddir. Ona görə də memarlarımızın, mütəxəssislərimizin məsələ ilə bağlı müzakirələrdə fəallıq göstərməsi təbiidir. Təkcə memarların deyil, tarixçilərin, psixoloqların da müzakirələrə cəlb olunması, müxtəlif təbəqələrdən olan insanlar arasında sorğuların keçirilməsi də işin xeyrinə olardı. Həmkarlarım adından deyə bilərəm ki, biz uzun illərdən bəri bu günü gözləyirdik. Heç kimə sirr deyil, son illər Bakıda tikinti işləri bəzi hallarda plansız, səliqə-sahmansız aparılırdı. Xüsusi ilə hündür mərtəbəli yaşayış binalarının inşasında tikinti normaları pozulurdu. Bu da paytaxtımızın simasına xələl gətirirdi, aparılan böyük həcmli abadlıq-quruculuq işlərinə kölgə salırdı. Həm biz mütəxəssislər, həm də sıravi vətəndaşlar bu məsələ ilə bağlı etirazlarımızı bildirir, ictimaiyyətin diqqətini problemə yönəldirdik. Dövlətimizin başçısı müşavirələrin birində məsələyə münasibətini bildirdi, yaranmış vəziyyətdən narazılığını ifadə elədi və problemin həlli üçün tapşırıqlar verdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni Baş Planın hazırlanması ilə bağlı xeyli iş görüb. Yeri gəlmişkən, yeni Baş Plan paytaxtın tarixində sayca beşinci belə layihə olacaq. Məlum olduğu kimi, Bakının ilk Baş Planını hələ 1898-ci ildə alman əsilli məşhur rus mühəndisi Nikolay fon Der Nonne hazırlayıb. Sovet dövründə bu məsələyə bir neçə dəfə yenidən qayıdılıb, 1932-ci ildə yeni bir Baş Plan işlənilib. 1964-cü ildə paytaxtımızın üçüncü Baş Planı təsdiqlənib. Sonuncu dəfə isə 1986-cı ildə belə bir layihə qüvvəyə minib və 2005-ci ilədək dövrü əhatə edib.
Bayaq dediyim kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi Bakının növbəti Baş Planının hazırlanması üçün qısa vaxt ərzində böyük səylə çalışıb. "Bakı şəhərinin Ərazisindən İstifadə və Zonalaşdırma Planı" layihəsinin də uğurla həyata keçəcəyinə inanıram.
- Yeni Baş Planda daha çox hansı məsələlərə diqqət ayrılmasını istərdiniz?
- Layihə ilə tam tanış deyiləm, amma mətbuatda oxuduqlarıma əsasən deyə bilərəm ki, paytaxtın mərkəzi hissəsinin sıxlıqdan azad olunması, şəhərin Ələt qəsəbəsi istiqamətinə tərəf genişləndirilməsi nəzərdə tutulub. Məncə bu, olduqca doğru seçimdir, çünki Bakı son illər sıxlıqdan çox əziyyət çəkir. Xüsusi ilə yollardakı tıxaclar böyük bir problemə çevrilib. İnsanlar gündəlik həyatlarında bunu hiss edirlər, üstəlik küçələrdəki tıxaclar turizmin inkişaflına da mənfi təsir göstərir. Ona görə də bütün dünyada şəhərsalma memarları bu məsələ üzərində çalışır, layihələndirmə işlərində buna xüsusi önəm verilər. Çox istərdim ki, paytaxtımızın yeni hazırlanan Baş Planında da bu məsələ diqqət ayrılsın.
Son vaxtlar müzakirə olunan məsələlərdən biri də ali məktəblərin mərkəzdən kənara köçürülməsidir. Hesab edirəm ki, bu məsələni tezliklə reallaşdırmalıyıq, necə deyərlər, vaxt bizim əleyhimizə işləyir. Dünya artıq çoxdan bu yolla gedir, universitetlərin həm tədris korpusları, həm də kampları mərkəzdən kənarda yerləşir. Psixoloqların araşdırmalarına görə, meqapolis mərkəzlərində yerləşən ali məktəblərin tələbələri hər gün geyim mağazalarının, əyləncə mərkəzlərinin, kinoteatrların qarşısından keçirsə onların fikri tədrisdən yayınır, bir növ asılılıq yaranır. Ona görə də tələbələrin universitetin mərkəzdən kənarda yerləşən şəhərciklərində təhsil alması və yaşaması, teatrlara, muzeylərə baş çəkmək üçün yalnız həftə sonu mərkəzə gəlməsi məqsədə uyğundur.
Yeni Baş Planda səfirliklərin, diplomatik korpusların da şəhər kənarına köçürülməsi nəzərdə tutulsa, məncə yaxşı olar.
Bir məsələyə də diqqət ayrılmasını istəyərdim, bu da xüsusi yaşıllıq zonalarının, parkların yaradılmasıdır. Bakı kimi son illər inkişaf edən meqapolisdə bu, olduqca əhəmiyyətli məsələdir. Bu gün Türkiyədə, İranda, digər ölkələrdə olan vətəndaşlarımız deyirlər ki, xaricdə həftəsonu parklarda ailəvi dincəlmək, kabab çəkmək, samovar qaynadıb çay içmək olur, amma niyə bizdə Dənizkənarı Milli Parkda piknikə icazə verilmir? Sualın bu cür qoyuluşu düzgün deyil, bir anlıq təsəvvür edək, həftəsonu yüzlərlə ailə Dənizkənarı Milli Parka gəlib bulvarda çadır qurur, kabab bişirir...
Dünyanın heç bir yerində sən istədiyin parkda piknik keçirə bilməzsən, bunun üçün şəhər mərkəzindən kənarda xüsusi parklar salınır, Bakıda isə təəssüf ki, belə yerlər yoxdur. Paytaxtın Koroğlu Rəhimov küçəsində yeni tikilmiş Prezident İqamətgahının qarşısındakı park mənim layihəm əsasında salınıb. Həmin parkda kimlərinsə kabab çəkdiyini görsəm ürəyim partlayar.
- Rəsmi məlumata görə, Bakının yeni Baş Planının hazırlamasına dünyada bu iş üzrə ixtisaslaşan məşhur şirkətlərdən biri - "The Boston Conculting Group" cəlb olunub. Bu işin əcnəbi memarlara tapşırılması peşəkar kimi sizi qıcıqlandırmır ki?
- Yox, əksinə bu məni sevindirir və düşünürəm ki, dünyanın ilk üç ən böyük məsləhətçi şirkətlərindən biri ilə işbirliyi öz müsbət nəticəsini verəcək. Çünki bu şirkət dünyanın müxtəlif yerlərində həyata keçirdiyi layihələrlə öz işini sübut edib. Şəhərsalma memarlığı çox çətin bir sahədir. Burada çalışan memar dünyada gedən iqtisadi prosesləri dərindən bilməlidir, nəhəng istehsalçı firmaların hansı texnoloji yeniliklər edəcəyindən xəbərdar olmalıdır. Tutaq ki, şəhərsalma memarı avtomobil istehsal edən brend şirkətlərin gələcəkdə hansı dizaynda, tutumda məhsul buraxacağını bilməlidir. Ona görə də dünyanda tanınmış memarlarla əməkdaşlığa açıq olmalıyıq. İraq əsilli ingiltərəli dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi buna əyani sübutdur. Ünlü memarın həmin əsəri bu gün dünyada ilk onluqdadır. İndi hamı deyir bina Ümummilli Liderin imzasını özündə əks etdirir. Amma bir məsələni də qeyd edim ki, müasir dünya memarlığının incilərindən sayılan bu abidəyə müxtəlif rakuslardan baxanda ayrı-ayrı anlam verir. Bir tərəfdən uçan göyərçini, digər bir tərəfdən isə şahə qalxan dəniz dalğasını anladır. Başqa tərəfdən tamaşa edəndə okeanda aysberq, başqa tərəfdən baxanda isə sanki üzəri daim qarla örtülü olan dağ zirvəsidir.
Sualınızın cavabına yekun olaraq deyim ki, əcnəbi məsləhətçi şirkətin hazırladığı layihə bir neçə mərhələdən ibarət olacaq. Sonrakı mərhələdə yerli memarların prosesə cəlb olunması nəzərdə tutulub.
- Təxminən bir əvvəl söhbətimizdə Bakıda "Sarı gəlin" abidəsi barədə danışmışdıq. Layihənin taleyi necə oldu?
- Gözlədiyim kimi, bu layihəm mətbuatda, ictimaiyyətdə böyük maraqla qarşılandı. Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizov bir neçə gün öncə məni bu məsələ ilə bağlı qəbul etdi və "Sarı gəlin" abidə-kompleksi barədə birgə müzakirə apardıq. Eldar müəllim bu layihəni yaxın günlərdə ölkə rəhbərliyinə təqdim etmək fikrindədir. Xalqımızın mədəniyyətini, incəsənətini təbliğ etməyə böyük önəm verən ölkə rəhbərliyi bu layihəmi bəyənərsə "Sarı gəlin"i Bakının "Ağ şəhər" bulvarında ucaltmaq olar. Abidə kompleksinin qarşısında hər il "Sarı gəlin" Beynəlxalq Festivalı da keçirməyi də təklif etmişəm. Türkdilli ölkələrdə bu mahnını ifa edən musiqiçiləri, müğənniləri, rəqqasələri abidənin önünə toplamaqla "Sarı gəlin"in məhz bizə məxsus olduğunu sübut edə bilərik. Məncə bu, "Sarı gəlin"i və digər mahnılarımızı oğurlamağı özlərinə peşə edən ermənilərə tutarlı bir cavab olar.(adalet.az)
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
Bu gün, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
Bu gün, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
Bu gün, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
Bu gün, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
Bu gün, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
Bu gün, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
Bu gün, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
Dünən, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
Dünən, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
Dünən, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
Dünən, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
Dünən, 12:21
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
Dünən, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
Dünən, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq
28-01-2026, 11:29
7 körpənin ölüm işi ilə bağlı məhkəmə davam edir
28-01-2026, 11:24
Bakıda hoteldə kişi meyiti tapılıb
28-01-2026, 11:00
Xaçmazda əməliyyat: saxlanılanlar var
28-01-2026, 10:36
Xırdalanda yeni tunel inşa ediləcək
28-01-2026, 09:54
Neftçala sakini 20 kq narkotiklə saxlanılıb
27-01-2026, 17:14
Hava ilə bağlı daha bir xəbərdarlıq yayılıb
27-01-2026, 16:43
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
27-01-2026, 16:19
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
27-01-2026, 15:59
Bakıda 6 nəfər 21 kq narkotiklə saxlanılıb
27-01-2026, 15:31
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
27-01-2026, 15:06
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
27-01-2026, 15:04
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27-01-2026, 14:26
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
27-01-2026, 14:23
"Quş qripi"nə qarşı növbəti monitorinqlər keçiriləcək
27-01-2026, 13:04
Sabiq rəisin məhkəməsi başlayıb

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər