18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ordu ilə bağlı yalan məlumatlar yayan şəxs saxlanılıb - Yenilənib
Tarix: 12-09-2023 15:22 | Bölmə: Cəmiyyət
Ordu ilə bağlı yalan məlumatlar yayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

DİN-in mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

***

Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsə cəza verilib.

Reyting.a
z Daxili İşlər Nazirliyinə xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər