18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Almaniya və Litva rusların əmlakını müsadirə edəcək
Tarix: 12-09-2023 18:25 | Bölmə: Cəmiyyət
Almaniya və Litva rusların əmlakını müsadirə edəcək

Litvaya daxil olan Rusiya qeydiyyatından keçmiş avtomobillər müsadirə olunacaq. Reyting.az xəbər verir ki, bunu Baltik Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite LRT radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Litvanın gömrük orqanı bu addımı Avropa Komissiyasının Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlı son şərhinə uyğun olaraq atacaq.

A. Bilotaite deyib ki, sərhədi keçən hər bir şəxs - istər Rusiya, istərsə də Avropa İttifaqının vətəndaşı - Rusiyada qeydiyyatda olan dövlət nömrə nişanlı və Kalininqrada tranzitlə getdiyini təsdiq edən sənədləri olmayan hər kəs bilməlidir ki, onun avtomobili müsadirə olunacaq.

Litva ilə yanaşı Almaniya da ölkəyə gələn ruslardan sanksiyaya məruz qalan malları müsadirə edəcək. Bu barədə Almaniya gömrüyündən Rusiya vətəndaşının sorğusuna cavabda bildiriblər.

Gömrük smartfon və ya noutbuk kimi şəxsi əşyalar üçün istisna təşkil etməyəcək. Onlar emal üçün müsadirə oluna bilər.

Cavabda deyilir ki, gömrük məntəqələrində embarqonun tətbiqinə yönəlmiş yoxlamalar riskə əsaslanan yanaşma ilə həyata keçirilir.

Bundan əvvəl məlum olub ki, Finlandiya Avropa Komissiyasının Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı tövsiyələrini yerinə yetirmək istəmir. Yəni onlar avtomobilləri müsadirə etmək fikrində deyillər.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər