18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Politoloq: "Azərbaycanlı zənginlər maarifçilikləri ilə deyil, qlamur həyatları ilə fərqlənirlər"
Tarix: 13-09-2023 11:07 | Bölmə: Cəmiyyət
Politoloq: "Azərbaycanlı zənginlər maarifçilikləri ilə deyil, qlamur həyatları ilə fərqlənirlər"
Xəqani Cəfərli

"Ukraynanın Youtebe kanallarında, eləcə də Rusiya müxalifətinin internet resurslarında Qazaxıstandan olan iş adamlarının mütəmadi çıxışlarına rast gəlirəm. Onlardan biri də Qazaxıstanın ən zəngin adamlarından olan Marqulan Seysembayevdir. Sərvəti bir neçə yüz milyon dollar olan Marqulan Seysembayev yüzdən artıq şirkətin səhmdarıdır. Əgər 14 il əvvəl uydurma ittihamlarla 5.8 milyard dollarlıq holdinqi əlindən alınmasaydı, indi sərvəti 10 milyard dolardan çox olardı".

Reytung.az
xəbər verir ki, bunu politoloq Xəqani Cəfərli bildirib.

Onun sözlərinə görə, uydurma ittihamla sərvəti əlindən alınmasına baxmayaraq M. Seysembayev Qazaxıstanda böyük maarifçilik işləri görür. M. Seysembayevin Qazaxıstanda onlayn təhsilin və ingilis dilinin öyrənilməsinin təbliğində böyük xidmətləri var.

X. Cəfərli təəssüflə qeyd edib ki, Azərbaycanın M. Seysembayevi yoxdur:

“Azərbaycanlı zənginlər bir qayda olaraq maarifçilikləri ilə deyil, qlamur həyatları ilə fərqlənirlər. Halbuki, sovet işğalından öncə azərbaycanlı zənginlər maarifçilik hərakatının təkanvericiləri olublar. Amma millət maarifçiliyi, tərəqqini dəstəkləyən zəngiləri olmadan inkişaf edə bilməz".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər