12:18 / 28-04-2025
Sabah yağış yağacaq
Maştağa sakini “Makarov”la saxlanılıb
Tarix: 13-09-2023 12:23 | Bölmə: Cəmiyyət
Maştağa sakini “Makarov”la saxlanılıb

Bakının Maştağa qəsəbəsi sakini “Makarov” markalı tapança ilə saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub. Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb