30 il əvvəl itkin düşən döyüşçünün qalıqları Füzulidə dəfn edilib - (Yenilənib) - Fotolar
Tarix: 13-09-2023 14:12 | Bölmə: Cəmiyyət
30 il əvvəl itkin düşən döyüşçünün qalıqları Füzulidə dəfn edilib - (Yenilənib)

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Allahverdiyev Şəmsəddin Əvəz oğlunun 30 ildən sonra kütləvi məzarlıqda tapılan meyitinin qalıqları Füzuli rayonuna gətirilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, Füzuli rayonunun 9-cu Qayıdış qəsəbəsində bununla bağlı mərasim keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidin qalıqları rayonun Mahmudlu kəndinin qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyul ayının 9-da Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb. 1993-cü il iyulun 23-də Füzuli rayonunun Cuvarlı kəndində itkin düşüb. Xocavənd rayonu Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan meyitinin qalıqları tapılıb.

***

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Allahverdiyev Şəmsəddin Əvəz oğlunun 30 ildən sonra kütləvi məzarlıqda tapılan meyitinin qalıqları Füzuli rayonunda dəfn olunub.

Şəhidin qalıqları Füzuli rayonunun Mahmudlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin tabutunun üzərinə sərilən Azərbaycan bayrağı qardaşı Güloğlan Allahverdiyevə təqdim olunub.











Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}