18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Papa yəhudilərin soyqırımına biganə yanaşıb
Tarix: 18-09-2023 15:43 | Bölmə: Cəmiyyət
Papa yəhudilərin soyqırımına biganə yanaşıb

İtaliya mətbuatı İkinci Dünya Müharibəsində katolik dünyasının ruhani lideri olan Papa XII Piusun nasistlərin insanlığa qarşı törətdiyi cinayətlər haqqında ətraflı məlumat aldığını açıqlayan məktub dərc edib.

Reyting.az
xəbər verir ki, bu məktub Papanın soyqırımdan xəbərdar olması anlamına gəlir və ciddi mübahisələr üçün əsasdır.

Bu onu göstərir ki, İkinci Dünya Müharibəsi zamanı Papa Pius nasist işğalı altında olan Polşada hər gün 6 minə qədər yəhudi və polyakın qazla məhv edilməsi barədə ətraflı məlumatı olub.

Gündəmə çıxarılan bu məktub Vatikanın nasistlərin insanlığa qarşı törətdiyi cinayətlərlə bağlı diplomatik sənədlərə əsaslanan konkret məlumatlara malik olmamasının səbəblərini müəyyən mənada təkzib edir. 2004-cü ildə açılan Belzek abidəsinə görə düşərgədə cəmi 500 min yəhudi həyatını itirib.

Vatikan arxivindən götürüldüyü bildirilən məktub bütün katolik dünyasında əks-səda doğurub.

İkinci Dünya Müharibəsi üzrə ixtisaslaşmış tarixçilər keçmiş Papanın Hitlerin cinayətlərinə münasibəti ilə bağlı fikir ayrılığına malikdirlər. Bəzi tarixçilər Papa XII Piusun yəhudilərin həyatını xilas etmək üçün “sakit diplomatiya”ya əməl etdiyini iddia etsə də, tənqidçilər onun insanlığa qarşı törədilmiş cinayətlərə tamamilə biganə olduğunu vurğulayırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər