18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Üzü bağlı paltar geyinənlər 1000 dollardan çox cərimə ödəyəcək
Tarix: 21-09-2023 14:44 | Bölmə: Cəmiyyət
Üzü bağlı paltar geyinənlər 1000 dollardan çox cərimə ödəyəcək

İsveçrənin Milli Şurası (parlamentin böyük palatası) ictimai yerlərdə üzü örtən geyimlərin, xüsusən də burqa və niqabın geyinilməsinə qoyulan qadağanın pozulması halında 1000 İsveçrə frankı (təxminən 1111 ABŞ dolları) məbləğində cərimənin tətbiqini təsdiqləyib. Reyting.az xəbər verir ki, bu barədə İsveçrə Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, şuranın 151 üzvü tədbirin tətbiqinin lehinə, 29 nəfər isə əleyhinə çıxıb.

Şuranın qadağasında bir sıra istisnalar da var (ibadət yerlərində, karnavallarda və ya sağlamlığın qorunması məqsədilə üzü örtmək olar).

Həmçinin konfederasiya xalqının söz azadlığına dair fundamental hüququnu həyata keçirmək üçün zəruri olarsa, nümayişlərdə ənənəvi müsəlman baş geyimlərinə icazə verilir.

Onu da qeyd edək ki, 2021-ci ilin martında keçirilən ümumxalq səsverməsində İsveçrə sakinlərinin 51 faizi ictimai yerlərdə üz örtüyü taxmağa məhdudiyyətin tərəfdarı olub və bundan sonra belə bir qadağa tətbiq edilib. Əvvəllər oxşar qadağalar bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya, Belçika və Fransada tətbiq edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər