18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Kərküklə bağlı tarixi qərar verilib
Tarix: 21-09-2023 18:31 | Bölmə: Cəmiyyət
Kərküklə bağlı tarixi qərar verilib

2008-ci ildə İraqın Kərkük şəhərində türk dilinin rəsmi dil kimi qəbul edilməsi qərarı 2023-cü ildə qüvvəyə minib.

Reyting.az
-ın xəbərinə görə, Kərkük valiliyinin verdiyi açıqlamada türkmənlərin daha çox yaşadığı Kərkükdə rəsmi dil olaraq türkcənin istifadə ediləcəyi bildirilib.

Qərar qüvvəyə mindikdən sonra şəhərdəki bütün rəsmi idarələrin lövhələrində və rəsmi yazışmalarda türkcədən istifadə edilməsinə qərar verilib.

Digər tərəfdən, Kərkük valisi Rekan əl-Ciburinin imzaladığı qərarla şəhərdəki bütün lövhələrdə türkcə ilə yanaşı ərəb, kürd və süryani də istifadə ediləcək.

Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasının (KDP) şəhərə qayıtmasından sonra İraqın Kərkük şəhərində başlayan hadisələrlə bağlı danışan prezident Ərdoğan, xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalına göstəriş verdiyini bildirib.

Prezident Ərdoğan Kərkükdə baş verənlərlə bağlı deyib: “Kərkük məsələsi ilə bağlı həm xarici işlər nazirim Hakan Fidan, həm də kəşfiyyat birliklərimiz məsələni yaxından izləyirlər. Məsələnin yaxından təqibi nəticəsində həm İraq baş naziri cənab Sudani, həm də oradakı həmkarları ilə görüşlərim nəticəsində Kərkükdə nisbətən sakit bir atmosfer var”.

Xarici işlər naziri H. Fidan və MİT rəhbəri İ. Kalına da vəziyyəti yaxından izləmələrinin vacibliyini deyən prezident Ərdoğan əlavə edib ki, Bərzani ailəsi və Sudani ilə görüşlər keçirilib.

“Bölgədə sülh və əmin-amanlığı üçün Kərkükün quruluşunu pozacaq fəaliyyətlərdən çəkinmək lazımdır. Kərkükün strukturunu pozacaq istənilən hərəkət İraqın bütövlüyünü pozmaq deməkdir. Türkmənlərin vətəni Kərkük yüz illərdir müxtəlif mədəniyyətlərin bir yerdə sülh içində yaşadığı bir coğrafiya olub. Biz bu coğrafiyanın sülh və bütövlüyünün pozulmasına imkan verməyəcəyik”, - Ərdoğan qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər