18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Sabiq icra başçısına 13 il həbs cəzası tələb olunub
Tarix: 26-09-2023 16:57 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısına 13 il həbs cəzası tələb olunub

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Məlumata görə, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt verib.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər