Azərbaycanda zəlzələ baş verib - (Yenilənib+)
Tarix: 07-12-2023 08:30 | Bölmə: Cəmiyyət
Azərbaycanda zəlzələ baş verib - (Yenilənib+)

Azərbaycanda zəlzələ baş verib.

Reyting.az
xəbər verir ki, zəlzələ Bakı və ətraf ərazilərdə hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin ilkin məlumatın görə, Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, zəlzələ yerli vaxtla 08:15-də baş verib.


Zəlzələ 5,6 maqnituda olub və ocağı Xəzər dənizində yerləşib.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.

Reyting.az
xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında qeyd olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:52 Sabah yağış yağacaq
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}