12:47 / 10-10-2024
Sabah yağış yağacaq
Gürcüstanın COVID-ə qarşı peyvəndi tükənib
Tarix: 18-01-2024 16:45 | Bölmə: Cəmiyyət
Gürcüstanın COVID-ə qarşı peyvəndi tükənib

Gürcüstanda COVID peyvəndi qalmayıb - istifadə olunmayanların isə (Pfizer, Sinovac, Sinopharm) müddəti bitib.

Reyting.az
xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin qaynar xətti məlumat yayıb.

“Azadlıq” radiosunun Gürcüstan xidməti isə xəbər verir ki, dövlətin yeni vaksinləri nə vaxt alacağı barədə sualın cavabını öyrənə bilməyib.

Xatırladaq ki, pandemiyanın başlanğıcından Gürcüstanda 1 855 289 koronavirusa yoluxma halı qeydə alınıb, 17 132 nəfər ölüb.

Hazırda koronavirus xəstəliyi ilə bağlı cari statistika yoxdur: yanvar ayında gündəlik və ya həftədə neçə nəfərə diaqnoz qoyulduğu məlum deyil.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
8-10-2024, 12:35 Sabah yağış yağacaq

{sape_links}{sape_article}