20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi dəyişib
Tarix: 13-03-2024 11:54 | Bölmə: Cəmiyyət
Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi dəyişib

"Azərbaycan Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 144 nömrəli Qərarında dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğunlaşdırma məqsədilə qərar imzalayıb.

Qərarla Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Nazirliyinin kollegiya üzvlərinin sayı 24 (iyirmi dörd) nəfərdən ibarət müəyyən edilib.

Bundan başqa, kollegiyanın üzvləri sırasına nazirliyin regional idarələrinin rəisləri əlavə edilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti isə “Azəridmanservis” MMC-nin direktoru ilə əvəzlənib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər