16:18 / 01-03-2024
Navalnı dəfn olunub
Naxçıvana güclü qar yağıb
Tarix: 23-11-2018 12:03 | Bölmə: Cəmiyyət
Naxçıvana güclü qar yağıb

Azərbaycavanda müşahidə olunan faktiki hava açıqlanıb.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Naxcıvanda 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-02-2024, 13:03 8 vəkil cəzalandırılıb

{sape_links}{sape_article}