Ermənistanda ayı bir nəfəri parçalayıb
Tarix: 08-04-2024 20:42 | Bölmə: Cəmiyyət
Ermənistanda ayı bir nəfəri parçalayıb

Ermənistanda meşəyə mövsümi göyərti yığmağa gedən Lusadzor kəndindən olan 33 yaşlı kişi ayının qurbanı olub.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

“İki gün əvvəl, aprelin 6-da Ermənistanın İcevan rayonunun Lusadzor kəndinin sakini, 1990-cı il təvəllüdlü kişi dəfn edilib. Lusadzor sakini hərbi xidməti başa vurduqdan sonra tikinti və kənd təsərrüfatı ilə məşğul olub. Aprelin 4-də o, həmkəndliləri ilə birlikdə Açarkut kəndindəki meşəyə mövsümi göyərti yığmağa gedib. Amma sonradan onun ayı hücumuna məruz qaldığı məlum olub. Ayının hücumuna məruz qalan şəxsin meyitini həmkəndliləri aşkar ediblər”.

Yerli sakinlər bildiriblər ki, meşənin həmin hissəsində ana ayı və balaları yaşayır.

Ölən şəxs iki azyaşlı uşaq atası olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}