Lənkəran sakini 10 kiloqram narkotiklə saxlanılıb - Foto
Tarix: 15-04-2024 09:02 | Bölmə: Cəmiyyət
Lənkəran sakini 10 kiloqram narkotiklə saxlanılıb

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla bildirir ki, tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb. Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib.



İ. Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son bir ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}