13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
09:08 / 21-03-2025
Ağsuda zəlzələ olub
Fərid Şahverdiyev 7 kiloqram narkotiklə tutulub
Tarix: 21-05-2024 18:01 | Bölmə: Cəmiyyət
Fərid Şahverdiyev 7 kiloqram narkotiklə tutulub

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.

F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 09:45 Rayonlara qar yağıb