Mingəçevirdə silahlı şəxs saxlanılıb
Tarix: 14-06-2024 11:21 | Bölmə: Cəmiyyət
Mingəçevirdə silahlı şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasovu saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı, silaha aid daraq və 30 ədəd patron aşkarlanıb.

Ü. Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Sonuncu dəfə o, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Ü. Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər