Prokurorun sevgilisinin böyük mülkləri və bahalı avtomobili aşkar edilib
Tarix: 20-06-2024 08:07 | Bölmə: Cəmiyyət
Prokurorun sevgilisinin böyük mülkləri və bahalı avtomobili aşkar edilib

Ukraynanın baş prokuroru Andrey Kostin özünün müavininə qarşı rəsmi araşdırma elan edib.

Reyting.az
-ın məlumatına görə, ölkənin ictimai telekanalının yaydığı xəbərdə deyilir ki, Korrupsiyaya Qarşı Milli Agentlik və Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu baş prokurorun müavini Dmitri Verbitskiyə qarşı araşdırmalara başlayıblar.

Bir qədər əvvəl Verbitskinin sevgilisinin böyük mülklər və dəyəri qazancına uyğun gəlməyən “Porsche” avtomobili əldə etdiyi aşkara çıxıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər