Bakıda ümumşəhər iməcliyi keçiriləcək
Tarix: 20-06-2024 09:57 | Bölmə: Cəmiyyət
Bakıda  ümumşəhər iməcliyi keçiriləcək

İyunun 22-də Bakıda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən Reyting.az-a bildirilib ki, iməciliyin məqsədi şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsidir.

BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, həmçinin özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.




Bölməyə aid digər xəbərlər