Həlak olan polis serjantı Mirəli Heydərov Kürdəmirdə dəfn edilib
Tarix: 24-06-2024 17:30 | Bölmə: Cəmiyyət
Həlak olan polis serjantı Mirəli Heydərov Kürdəmirdə dəfn edilib

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovla Kürdəmirdə keçirilən vida mərasimi başa çatıb.

Polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}