17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Bakı Tikiş Evi: "Bu il məktəbli formalarında dəyişiklik olmayacaq"
Tarix: 27-06-2024 17:02 | Bölmə: Cəmiyyət
Bakı Tikiş Evi: "Bu il məktəbli formalarında dəyişiklik olmayacaq"

"Formalarımızın satışı fevraldan başlanılıb. Hazırda heç bir çatışmazlığımız yoxdur".

Reyting.az
xəbər verir ki, bu sözləri "Cebhe.info"-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib.

O bildirib ki, bu il məktəbli formalarında dəyişiklik olmayacaq: "Bir formanı 3 il geyinmək şərt olduğundan, bu il formalarda dəyişiklik olmayacaq. Qiymətlərimiz də dəyişməz olaraq qalır. Formalarımızın materialı təmiz pambıqdır, keyfiyyətlidir. Hazırda satışımız davam edir. Bu gün 9 satış məntəqəmiz fəaliyyət göstərir. Tədris ili yeni yekunlaşdığı üçün alıcıların sayı çox deyil. Yəqin ki, hər il olduğu kimi, sentyabrda alıcılar çoxalacaq".




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq