12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gürcüstanda homoseksuallara qadağa tətbiq olunacaq
Tarix: 28-06-2024 09:02 | Bölmə: Cəmiyyət
Gürcüstanda homoseksuallara qadağa tətbiq olunacaq

Gürcüstan parlamenti “homoseksual münasibətlərin təbliğatına” və “cinslərin dəyişdirilməsi əməliyyatlarına” qadağa da daxil olmaqla geniş məhdudiyyətləri əhatə edən bir sıra qanun layihələrini ilkin oxunuşda təsdiqləyib.

Reyting.az
xəbər verir ki, Gürcüstan parlamentində hakim “Gürcü Arzusu” Partiyasının təklif etdiyi və LGBT bayrağının ictimai yerlərdə nümayişini də qadağan edən qanun layihələri deputatların əksəriyyəti tərəfindən bəyənilib.

Qanun layihələrinə görə, homoseksuallar uşaqları övladlığa götürə və şəxsiyyətlərini təsdiq edən sənədlərdə cinsiyyətini dəyişdirə bilməyəcəklər.

Ölkədə eynicinsli nikahları təbliğ edən ictimai mitinqlər və yürüşlər kimi müxtəlif toplantılar da qadağan ediləcək.

Təhsil sistemində “LGBT təbliğatına” icazə verilməyəcək və yayımçılara eynicinsli münasibətləri əks etdirən intim səhnələri göstərmək imkanı verilməyəcək.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, oktyabrın 26-da keçirilməsi planlaşdırılan ümumi seçkilərə az qalmış qanun layihələrinin ikinci və üçüncü oxunuşlarına səs verəcəklər. Onun sözlərinə görə, qanun layihələri ənənəvi münasibətləri dəyişdirən LGBT təbliğatına nəzarət etmək üçün lazımdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər