12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Penitensiar Xidmətin sabiq rəisi apellyasiya şikayəti verib
Tarix: 28-06-2024 16:08 | Bölmə: Cəmiyyət
Penitensiar Xidmətin sabiq rəisi apellyasiya şikayəti verib

Məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilən Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, şikayət məhkəməyə təqdim edilib və T.Həsənov şikayət ərizəsində ağır cinayətdə təqsirli bilindiyi hökmün ləğv edilməsini xahiş edib.

Şikayətə iyulun 4-də baxılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Həsənov mənimsəmədə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun general rütbəsindən, medal və təltiflərdən məhrum edilməsi ilə bağlı müvafiq orqana təqdimat göndərilməsi haqda qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər