Leysan xarakterli yağış yağacaq, sel olacaq - Xəbərdarlıq
Tarix: 28-06-2024 16:19 | Bölmə: Cəmiyyət
Leysan xarakterli yağış yağacaq, sel olacaq

İyunun 29-dan iyulun 01-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometerologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər