Qaxda ağır qəza: bir ailənin üç üzvü ölüb, ikisi yaralanıb
Tarix: 29-06-2024 23:28 | Bölmə: Cəmiyyət
Qaxda ağır qəza: bir ailənin üç üzvü ölüb, ikisi yaralanıb

Qaxda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, daha ikisi xəsarət alıb.

Məlumata görə, rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.

Qəza zamanı onların 2 azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.

Faktla bağlı cinayət işi başlanılıb(Report).




Bölməyə aid digər xəbərlər