Sabah yağış yağacaq
Tarix: 30-06-2024 14:03 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

İyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}