Xocavənddə bir tondan artıq yabanı çətənə məhv edilib
Tarix: 01-07-2024 12:53 | Bölmə: Cəmiyyət
Xocavənddə bir tondan artıq yabanı çətənə məhv edilib

Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsinin ərazisində 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Nəticədə sözügedən ərazidə yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq