6 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub
Tarix: 02-07-2024 18:01 | Bölmə: Cəmiyyət
6 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.

Reyting.az
"Qaynarinfo"-ya istinadla xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.

Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.




Bölməyə aid digər xəbərlər