Beyləqanda ağır qəza: ölənlər və yaralılar var
Tarix: 03-07-2024 07:31 | Bölmə: Cəmiyyət
Beyləqanda ağır qəza: ölənlər və yaralılar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, həyatını itirən şəxslər, Beyləqan rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynov Nizami İsa oğlu və Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədova Sabirə Sümbət qızıdır. Yaralılar isə Beyləqan rayon sakinləri, 1978-ci il təvəllüdlü Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü Bəndəliyev İmaməddin Murtuza oğlu, 2017-ci il təvəllüdlü Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur.

Qəza nəticəsində xəsarət alan şəxslər Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Onların həyatı təhlükəsinin olmadığı deyilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.




Bölməyə aid digər xəbərlər