12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Respublika Pediatriya Mərkəzi həkimlərin maaşını iki aydır ödəmir
Tarix: 03-07-2024 09:15 | Bölmə: Cəmiyyət
Respublika Pediatriya Mərkəzi həkimlərin maaşını iki aydır ödəmir

Bakıda Respublika Pediatriya Mərkəzinin işçiləri iki aydır maaşlarını ala bilmirlər.

Məlumata görə, keçmiş adı Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası olan müəssisə öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin (KTM) icraatına verilib.

Daha sonra isə sözügedən xəstəxana Respublika Pediatriya Mərkəzinin icraatına verilib.

Xəstəxananın işçiləri TƏBİB-in tabeliyindəki KTM-dən işdən çıxarılıblar. Onlar təzə qurumda rəsmi olaraq işə götürülmələrini gözləyirlər. Lakin proses iki aydır uzandığından işçilər əməkhaqlarını ala bilmirlər.

Qeyd edək ki, mərkəzin direktoru Azər Əhmədovdur(Oxu.az).




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər