Türkiyənin 45 şəhərində narkotacirlərə qarşı əməliyyat: 320 nəfər saxlanılıb
Tarix: 03-07-2024 09:40 | Bölmə: Cəmiyyət
Türkiyənin 45 şəhərində narkotacirlərə qarşı əməliyyat: 320 nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 45 vilayətdə keçirilən əməliyyatlarda 320 narkotik maddə satıcısının tutulduğunu açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, A. Yerlikaya hazırda da davam edən əməliyyatlarla bağlı yeni açıqlama verib.

Onun sözlərinə görə, polis və jandarm bölmələri tərəfindən vilayətlərdə zəhər satıcıları, narkotik istehsalçıları və küçə alverçilərinin yerli cinayət təşkilatlarına qarşı həyata keçirilən “NARKOÇELİK-25” əməliyyatlarında 538 kiloqram narkotik maddə, 2,3 min ton çətənə kolu, 188 mindən çox narkotik həb müsadirə olunub.

“İstəyirəm ki, əziz millətimiz bunu bilsin: biz ölkəmizi zəhər satıcılarından, narkotacirlərdən və bunun küçə satıcılarından təmizləməkdə qərarlıyıq. Ölkəmizin hər yerində zəhər satıcılarına qarşı əməliyyatlarımız getdikcə davam edəcək”, - nazir bəyan edib.

Qeyd edək ki, əməliyyatlar İstanbul, Ankara, Qaziantep, Adana, Sivas, İzmir, Dənizli, Konya, Şanlıurfa, Antalya, Malatya, Mersin, Bursa, Samsun, Afyonkarahisar, Balıkəsir, Sakarya, Tekirdağ, Kayseri, Burdur, Manisa , Batman, Çorum, Isparta, Hatay, Kahramanmaraş, Düzce, Giresun, Kütahya, Osmaniye, Siirt, Yozgat, Əskişəhər, Mardin, Muğla, Adıyaman, Bitlis, Bolu, Kırıkkale, Kilis, Hakkari, Rıza kimi 45 vilayətdə aparılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər