2024 dünyanın ən isti ili ola bilər
Tarix: 08-07-2024 15:22 | Bölmə: Cəmiyyət
2024 dünyanın ən isti ili ola bilər

Keçən ay tarixin ən isti iyun ayı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyi Xidmətinin “Copernicus”-un (C3S) aylıq bülletenində deyilir.

Son məlumatlara görə, 2024-cü il ən isti il kimi 2023-cü ili keçə bilər. Alimlər deyirlər ki, texnogen iqlim dəyişikliyi və təbii hava fenomeni El Nino bu il temperaturu rekord həddə çatdırıb.

“Təxmin edirəm ki, 2024-cü ilin 2023-cü ili üstələməsi ehtimalı təxminən 95 fazidir, bu da 1800-cü illərin ortalarında qlobal səth temperaturu qeydləri başlayandan bəri ən isti il olacaq”, - tədqiqatçı alim Zeke Hausfather bildirib.

Qeyd edək ki, iqlim dəyişikliyi artıq 2024-cü ildə bütün dünyada fəlakətli nəticələrə səbəb olub. Ötən ay Məkkədə həcc ziyarəti zamanı 1000-dən çox insan həddindən artıq istidən ölüb. Görünməmiş dərəcədə uzun istilik dalğasının baş verdiyi Hindistanda, Yeni Dehlidə və Yunanıstanda ölüm halları qeydə alınıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər