Dağlıq və dağətəyi rayonlarda dolu düşəcək, daşqın və sel keçəcəyi gözlənilir
Tarix: 08-07-2024 16:10 | Bölmə: Cəmiyyət
Dağlıq və dağətəyi rayonlarda dolu düşəcək, daşqın və sel keçəcəyi gözlənilir

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər