Lotereya biletləri oğurlayanlar saxlanılıb
Tarix: 08-07-2024 22:58 | Bölmə: Cəmiyyət
Lotereya biletləri oğurlayanlar saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov saxlanılıb.

Reyting.az
DİN-in Mətbuat xidmətinə istinadla bildirir ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər